Bank Of Baku

Keçmiş baş nazirin məhkəməsi başlayıb

Keçmiş baş nazirin məhkəməsi başlayıb
# 25 sentyabr 2009 09:31 (UTC +04:00)
Bakı – APA. Yerusəlim dairə məhkəməsində keçmiş baş nazir Exud Olmertin işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın “The Jerusalem Post” qəzetinə istinadən verdiyi məlumata görə, E. Olmert dələduzluq, xidməti vəziyyətindən sui-istifadə, saxta sənədlərin qeydiyyatı və gəlirlərin gizlədilməsində ittiham olunur. Sabiq baş nazir məhkəmə binasının girişində jurnalistlərə açıqlamasında 3 il ərzində iftiralara məruz qaldığını, amansız sorğu-suala tutulduğunu söyləyərək deyib ki, artıq faktlardan danışmağın zamanı gəlib: “Mən bura tam günahsız insan kimi gəlmişəm və inanıram ki, buradan yenə tam günahsız insan kimi çıxacağam”.

Qeyd edək ki, E. Olmertə qarşı ittihamlar onun Yerusəlim meri və sənaye, ticarət, əmək naziri olduğu dövrlərə aiddir. O, 2006-cı ilin mayından 2009-cu ilin martına qədər baş nazir vəzifəsində çalışıb və korrupsiya qalmaqalı ilə bağlı bu postdan istefa verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR