Bank Of Baku

İran Qərb ölkələrini MAQATE-nin işinə qarışmamağa çağırıb

İran Qərb ölkələrini MAQATE-nin işinə qarışmamağa çağırıb
# 28 sentyabr 2009 08:39 (UTC +04:00)
Bakı - APA. İran Xarici İşlər Nazirliyi Qərb ölkələrini Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) işinə qarışmamağa çağırıb.
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, İran XİN-in mətbuat katibi Həsən Kaşkavi bildirib ki, Qərb ölkələrinin liderləri Tehranın dinc xarakterli nüvə proqramına dair yanlış qənaətlər çıxardırlar. Onun sözlərinə görə, bu dövlətlər BMT-nin cavabdeh olduğu sahələrə müdaxilə etməməlidirlər: “İran nüvə texnologiyalarından məhz MAQATE-nin normaları çərçivəsində istifadə edir. Aparıcı dövlətlər öz nüvə arsenalının ixtisarı probleminin həllində əməkdaşlıq etsələr, daha yaxşı olar”.
Qeyd edək ki, bu ilin oktyabrında Rusiya, ABŞ, Fransa, Çin, Böyük Britaniya və Almaniya ilə İran arasında sonuncunun nüvə proqramına dair danışıqlar keçiriləcək. Rəsmi Tehran nüvə silahı əldə etmək istəməsi barədə ABŞ, İsrail və digər ölkələrin ittihamlarını rədd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR