Bank Of Baku

Şimali Koreya Konstitusiyasından kommunizmlə bağlı bütün müddəalar çıxarılıb

Şimali Koreya Konstitusiyasından kommunizmlə bağlı bütün müddəalar çıxarılıb
# 28 sentyabr 2009 13:39 (UTC +04:00)
Bakı – APA. Şimali Koreya Xalq Demokratik Respublikasının Konstitusiyasına dəyişiklik edilib. APA-nın xəbərinə görə, bu barədə Cənubi Koreyanın Bütövləşmə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu dəyişikliklər nəticəsində kommunizmlə bağlı bütün müddəalar Konstitusiyadan çıxarılıb. Ölkə rəhbərliyinə daxil olan şəxslərdən biri bu dəyişikliyi “kommunizm idealını həyata keçirməyin çətinliyi” ilə əsaslandırıb.

Kommunizmin əvəzində isə Konstitusiyada “öncə ordu” prinsipi əksini tapıb. Yəni ŞKXDR lideri Kim Çen İr “bütün ordunun ən yüksək generalıdır və bütün ölkəyə komandanlıq etmək səlahiyyətinə malikdir”.

Qeyd edək ki, 1998-ci ildə qəbul edilmiş əvvəlki Konstitusiyada ölkə rəhbərinin, sadəcə, dövlət məsələlərini yönəltdiyi bildirilirdi.

Maraqlıdır ki, bu ilin aprel ayında Konstitusiyaya edilmiş dəyişikliklər barədə məlumat mətbuata beş aydan sonra açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR