Bank Of Baku

İranda üç qəzetin fəaliyyəti dayandırılıb

İranda üç qəzetin fəaliyyəti dayandırılıb
# 06 oktyabr 2009 12:51 (UTC +04:00)
Tehran-APA. İranda mətbuatın fəaliyyətini nəzarətdə saxlayan dövlət komissiyası üç yerli qəzetin bağlanması barədə qərar qəbul edib. APA-nın “İRNA”ya istinadən yaydığı məlumata görə, “Farxanq Aşdi”, “Arman” və “Talil Ruz” qəzetlərinin bağlanmasının səbəbləri məlum deyil. “Farxanq Aşdi” qəzetinin rəhbəri İmam Nasiri nəşrin cəmi üç ay fəaliyyət göstərdiyini bildirib. Qeyd edək ki, Mahmud Əhmədinejad prezident seçildikdən sonra İranda qəzetlərin bağlanması adi hal almağa başlayıb. Dövlət komissiyası əsasən prezidenti tənqid edən nəşrlərin fəaliyyətini dayandırır. Bağlanan qəzetlər arasında sabiq prezidentliyə namizəd Mir Hüseyn Musəvinin sahibi olduğu “Yaşıl dünya” qəzeti də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR