Bank Of Baku

İran Buşəhr AES-in tikintisinin vaxtında başa çatacağına ümid edir

İran Buşəhr AES-in tikintisinin vaxtında başa çatacağına ümid edir
# 26 oktyabr 2009 08:55 (UTC +04:00)
Tehran. Ramil Məmmədli-APA. “Ümidvarıq ki, Rusiya Buşəhr atom-elektrik stansiyasının tikintisini nəzərdə tutulan vaxtda başa çatdıracaq”. APA-nın məlumatına görə, bu fikirləri İranın xarici işlər naziri Manuçöhr Möttəki Tehranda keçirilən 16-cı Beynəlxalq Mətbuat və informasiya Agentliklərinin Festival-Sərgisində iştirak edən xarici mətbuat orqanlarının nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, Rusiya hökuməti Buşəhr atom elektrik stansiyasının tikintisinin vaxtında başa çatdırılması ilə bağlı üzərinə öhdəlik götürüb və hazırda tikinti son mərhələyə qədəm qoyub. Xatırladaq ki, Buşəhr AES Rusiya ilə İran arasında imzalanan dövlətlərarası sazişə əsasən “Rosatomeksport” şirkəti tərəfindən tikilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR