Bank Of Baku

Mənuçöhr Möttəki: “Dinc atom hamıya – nüvə silahı heç kimə!”

Mənuçöhr Möttəki: “Dinc atom hamıya – nüvə silahı heç kimə!”
# 26 oktyabr 2009 09:08 (UTC +04:00)
Tehran. Ramil Məmmədli – APA. İran Tehrandakı nüvə tədqiqat reaktorunun nüvə yanacağı ilə təmin edilməsinə dair Beynəlxalq Atom Enerjisi Agentliyinin Memorandum layihəsinə tezliklə münasibət bildirəcək. APA-nın Tehrandakı müxbirinin məlumatına görə, bunu İranın xarici işlər naziri Mənuçöhr Möttəki Beynəlxalq Mətbuat və İnformasiya Agentliklərinin Festival-Sərgisində iştirak edən xarici mətbuat orqanlarına aзıqlamasında deyib. İranın Çindən nüevə yanacağı almasının mümkünlüyünə dair sualı cavablandıran nazir deyib ki, belə bir təklif gələrsə, Tehran onu yalnız alqışlaya bilər. M. Möttəki ölkəsinin nüvə mövzusu ilə bağlı şüarını da açıqlayıb: “Dinc atom hamıya – nüvə silahı heç kimə!” O, dünya ölkələrinin İranın nüvə proqramı ilə bağlı getdikcə daha ədalətli mövqe tutmağa başladıqlarını məmnunluqla qeyd edib. Nazirin sözlərinə görə, Tehrandakı reaktor üçün İranın malik olduğu 5 faizlik deyil, 20 faizlik urana ehtiyac var. Bu məqsədlə Vyanada danışıqları aparıldığını söyləyən M. Möttəki bildirib ki, tərəflər bu barədə xüsusi Memorandum hazırlanması və imzalanması qərarına gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR