Bank Of Baku

İranın xarici işlər naziri Tehranda keçirilən sərgidə baş verən qarşıdurmalara münasibət bildirib

İranın xarici işlər naziri Tehranda keçirilən sərgidə baş verən qarşıdurmalara münasibət bildirib
# 26 oktyabr 2009 09:11 (UTC +04:00)
Tehran. Ramil Məmmədli-APA. “İranda keçirilən siyasi tədbirlər ölkə qanunlarının əleyhinə yönəlməyibsə, bu, problem yaratmır”. APA-nın Tehranda olan əməkdaşının məlumatına görə, bu sözləri İranın xarici işlər naziri Manuçöhr Möttəki 16-cı Beynəlxalq Mətbuat və İnformasiya Agentliklərinin Festival-Sərgisində iştirak edən xarici mətbuat orqanlarının nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib. M. Möttəki İran prezidentliyinə keçmiş namizəd Mehdi Kərrubinin və prezidentliyə namizəd Mirhüseyn Musəvinin müavini Əlirza Behiştinin sərgi keçirilən salona gələn zaman baş verən qarşıdurma ilə bağlı məsələyə münasibət bildirərək deyib ki, İran demokratik və insan hüquqlarının qorunduğu ölkədir və burada siyasi proseslərin olması təbii qəbul olunmalıdır: “İranda bir sıra siyasi qurumlar fəaliyyət göstərir. Onlar siyasi təbliğatlarını aparmaq üçün bu və ya digər tədbirlər həyata keçirir. Əgər bu proses qanundankənar addımlarla müşayiət olunmazsa, hər hansı problem yaratmır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR