Bank Of Baku

Taliblər Kabildə BMT-nin 6 əməkdaşını öldürüblər

Taliblər Kabildə BMT-nin 6 əməkdaşını öldürüblər
# 28 oktyabr 2009 07:23 (UTC +04:00)
Kabil-APA. Taliban silahlılarının BMT-nin Kabildəki missiyasına hücumu nəticəsində 6 xarici vətəndaş ölüb, 5 nəfər yaralanıb. APA-nın məlumatına görə, Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zemarai Bəşiri terrorçuların dünən səhər saatlarında BMT-nin iqamətgahına hücum edərək çoxlu sayda insanı girov götürdüyünü açıqlayıb. Müxtəlif mənbələr həmin an missiyanın binasında 20-dək xarici vətəndaşın və diplomatın olduğunu bildirir. Terror aktına görə məsuliyyəti öz üzərinə götürən Talibvan hərəkatı bu addımı Əfqanıstanda prezident seçkilərinin ikinci turunun baş tutmaması üçün atdıqlarını bildiriblər. Əfqan polisi girovları azad etmək üçün əməliyyat keçirib və əməliyyat zamanı terrorçuların hamısı öldürülüb. Rəsmi mənbələr BMT missiyasının azad edilməsi əməliyyatında Əfqanıstan xüsusi xidmət orqanlarının iki əməkdaşının da həlak olduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR