Bank Of Baku

İran sərhədçiləri Britaniya gəmisini saxlayıblar

İran sərhədçiləri Britaniya gəmisini saxlayıblar
# 01 dekabr 2009 11:45 (UTC +04:00)
Bakı – APA. İran sərhədçiləri ölkənin ərazi sularına girən “Bəhreyn krallığı” adlı Böyük Britaniya gəmisini saxlayıblar. APA-nın “The İndependent” qəzetinə istinadən verdiyi məlumata görə, “Pindar” adlı komandaya məxsus gəmi beynəlxalq yarışa qatılmaq üçün Bəhreyndən Dubaya gedirmiş və təsadüfən İranın ərazi sularına daxil olub. Gəmidəki 5 nəfər – Oliver Smit, Oliver Yanq, Sem Aşer, Luk Porter və Deyv Blumer İran sərhədçiləri tərəfindən sahilə aparılıb və mühafizə altında saxlanılırlar. Onların durumu normaldır.

Böyük Britaniya Xarici İşlər Nazirliyi problemin tezliklə yoluna qoyulacağına ümid etdiyi açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR