Bank Of Baku

Tehranda mitinqlər zamanı həbs olunan iki qadın azadlığa buraxılıb

Tehranda mitinqlər zamanı həbs olunan iki qadın azadlığa buraxılıb
# 04 dekabr 2009 16:45 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Tehran məhkəməsi prezident seçkilərindən sonra keçirilən nümayişlər zamanı həbs olunan Nigar Saye və Məhbubə Həqiqini azad edib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata əsasən müttəhimlər istintaq olunduqdan sonra azadlığa buraxılıb. Tehran məhkəməsi digər ittiham olunanların da istintaqı başa çatdıqdan sonra azadlığa buraxılacağını bildirib.

Xatırladaq ki, İranda prezident seçkilərindən sonra Tehranda bir neçə dəfə müxalifət tərəfindən mitinqlər keçirilib. Ən son mitinqlər noyabrın 11-də olub və bu qadınlar həmin mitinqlərdən sonra həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR