Bank Of Baku

Polis Tehran Universitetini mühasirəyə alıb

Polis Tehran Universitetini mühasirəyə alıb
# 07 dekabr 2009 11:27 (UTC +04:00)
Bakı – APA. Yüzlərlə polis bu gün səhərdən Tehran Universitetinin binalarını mühasirəyə alıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, məqsəd tələbələrin mümkün etiraz aksiyalarının qarşısını almaqdır. Belə ki, dekabrın 7-də 1953-cü il hərbi çevrilişi zamanı həlak olmuş tələbələrin xatirəsinə həsr olunmuş ənənəvi mitinq keçirilməlidir. Hakimiyyət orqanları iyun ayında keçirilmiş prezident seçkisinin nəticələrindən narazı qalmış müxalifətin bu mitinqdən istifadə edərək öz etiraz aksiyalarını bərpa edəcəyindən ehtiyatlanır. Təhlükəsizlik qüvvələri bu cür aksiyaların əngəllənəcəyinə dair sərt xəbərdarlıqla çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR