Bank Of Baku

İran paytaxtında polislə müxalifət tərəfdarları arasında toqquşma baş verib

İran paytaxtında polislə müxalifət tərəfdarları arasında toqquşma baş verib
# 07 dekabr 2009 11:47 (UTC +04:00)
Bakı – APA. İranda Tələbə Günü ilə bağlı etiraz aksiyası keçirməyə cəhd göstərən müxalifət tərəfdarları ilə polis arasında toqquşma baş verib. APA-nın “Reuters” və “Associated Press”ə istinadən verdiyi məlumata görə, yüzlərlə polis bu gün səhərdən Tehran Universitetinin binalarını mühasirəyə alıb. Məqsəd müxalifətin 1953-cü ildə həlak olmuş tələbələrin xatirəsinə həsr olunmuş ənənəvi mitinqdən istifadə edərək etiraz aksiyası keçirməsini əngəlləmək olub. Buna baxmayaraq, müxalifət tərəfdarları Firdovsi meydanına toplaşa bilib. Polis meydana toplaşanlara dəyənəklə müdaxilə edib. Prezidentliyə keçmiş namizəd Mirhüseyn Musəvinin tərəfdarı olan və alnına yaşıl lent bağlamış iki qadın nümayişçinin həbs edildiyi xəbər verilir. Müxalifətçilərin bir-biri ilə əlaqədən məhrum etmək məqsədilə Tehranın mərkəzində mobil rabitə hakimiyyət tərəfindən kəsilib. Xatırladaq ki, İranın hakimiyyət orqanları müxalifətin etiraz aksiyalarının əngəllənəcəyinə dair sərt xəbərdarlıqla çıxış etmişdi.

Qeyd edək ki, şah Məhəmməd Pəhləvinin hakimiyyətdə olduğu 1953-cü ildə ABŞ əleyhinə keçirilən nümayişdə 3 tələbə öldürüldükdən sonra hər il bu tələbələrin xatirəsinə həsr olunmuş mitinq keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR