Bank Of Baku

ABŞ-ın müdafiə naziri Əfqanıstana gözlənilməz səfər edib

ABŞ-ın müdafiə naziri Əfqanıstana gözlənilməz səfər edib
# 08 dekabr 2009 08:18 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın müdafiə naziri Robert Geyts dekabrın 8-də səhər gözlənilmədən Əfqanıstana səfər edib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, səfər son qana qədər mediadan gizlədilib. R. Geyts prezident Barak Obamanın dekabrın 1-də Əfqanıstanla bağlı yeni planı açıqlamasından sonra bu ölkəyə gedən ilk ABŞ nümayəndəsidir. Plana əsasən bu ölkəyə 30 min əlavə hərbi kontingent göndəriləcək. 2010-cu ilin ilk yarısının sonuna qədər Əfqanıstandakı ABŞ qüvvələrinin sayı 100 mini aşacaq. R. Geyts Kabildə prezident Həmid Karzai və müdafiə naziri Rəhim Vardakla görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR