Bank Of Baku

Məhəmməd Əl Baradeyi: “İrana blokada tətbiq etmək həll yolu deyil”

Məhəmməd Əl Baradeyi: “İrana blokada tətbiq etmək həll yolu deyil”
# 10 dekabr 2009 09:38 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin sabiq rəhbəri Muhəmməd ƏL-Bəradeyi bəyan edib ki, İran əleyhinə blokadaların tətbiq edilməsi düzgün deyil və bu vəziyyətdən çıxış yolu ola bilməz. APA-nın “FARSNEWS” Agentliyinə istinadən verdiyi məlumata görə, əl-Baradeyi İranın hazırda təhlükə mənbəyi olmadığını bildirib: “Avropa ölkələri bunu bilməlidir və İranın nüvə məsələsinin həllində səbirli olmalıdır. Bəzi ölkələr gələcəkdə İranın nüvə silahına malik olacağını deyirlər, amma bu belə deyil. Əgər İranda atom bombası varsa, bəs biz onu niyə görməmişik? Bu barədə qərar çıxarmaqda tələsmək lazım deyil. Qərb ölkələri ilə İran arasında olan məsələni yalnız sülh yolu ilə həll etmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR