Bank Of Baku

Filippində silahlılar 65 mülki şəxsi girov götürüblər

Filippində silahlılar 65 mülki şəxsi girov götürüblər
# 10 dekabr 2009 13:24 (UTC +04:00)
Bakı. İbad Bagirov-APA. Filippinin cənubunda bir qrup silahlı 65 nəfər mülki şəxsi girov götürüb. APA-nın Bəhreyn informasiya agentliklərinə istinadən yaydığı məlumata görə, girov götürülən şəxslərin əksəriyyəti məktəbli, tələb və müəllimlərdir. Hadisənin baş verdiyi Agusan Dilsur vilayəti solçu qiyamçı hərəkat üzvlərinin aktiv olduğu bölgə sayılır. Mülki şəxsləri girov götürən silahlı birləşmə Filippin Kommunist Partiyasının hərbi qanadı hesab olunur. Hazırda sıralarında 5000 silahlını birləşdirən bu birləşmə 40 ildir Filippin hakimiyyətinə qarşı silahlı mübarizə aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR