Bank Of Baku

İran Çinə etiraz məktubu göndərib

İran Çinə etiraz məktubu göndərib
# 11 dekabr 2009 09:45 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın xarici işlər naziri Manuçöhr Mottəki Çinin Xarici İşlər Nazirliyinə (XİN) etiraz məktubu göndərib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, M. Mottəki Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın əleyhinə olan qətnaməsinə Çin müsbət rəy verdiyi üçün bu addımı atıb. Analoji etiraz məktubları qətnamənin lehinə səs vermiş digər ölkələrə də göndəriləcək.

M. Mottəki İran dövlətinin nüvə məsələsində şəffaf siyasət yürütdüyünü, bu işi Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq çərçivəsində davam etdirəcəyini bildirib.

İran XİN başçısı məktubunda dünyada bəşəriyyətin həyatı üçün zərərli olan silahları istehsal və istifadə edən ölkələrə etiraz etməyin lazım olduğunu Çinin diqqətinə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR