Bank Of Baku

Yəhudilər İordan çayının Qərb sahilində məscidi yandırıblar, bölgədə gərginlik yenidən artıb

Yəhudilər İordan çayının Qərb sahilində məscidi yandırıblar, bölgədə gərginlik yenidən artıb
# 11 dekabr 2009 16:44 (UTC +04:00)
Qüds-APA. İordan çayının Qərb sahilinə köçürülən yəhudi ailələri Nablus yaxınlığında yerləşən məscidi yandırıblar. APA-nın məlumatına görə, səhər məscidə soxulan yəhudi qaçqınlar ikinci mərtəbədə yerləşən kitabxanaya və xalçalara od vurublar. Esktremistlər yanan məscidin divarlarına “Sizin hamınızı yandıracağıq” sözləri yazıblar. Məscidin yandırılması İordan çayının Qərb sahilində gərginliyə səbəb olub. Bölgə əhalisi ərazidə patrul xidməti keçirən İsrail əsgərlərinə hücum ediblər. Əsgərlər atəş açmasalar da, baçş verən toqquşmalarda üç nəfər yaralanıb. İsrailin müdafiə naziri Ehud Barak məscidin yandırılması faktını pisləyib. O bildirib ki, bu kimi addımlar danışıqlar prosesində əldə olunan razılaşmaları bir gündə aradan qaldıra bilər. Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas da baş verənləri “alçaq və yaramaz cinayət faktı” adlandırıb və İsrail rəhbərliyini vandalları cəzalandırmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR