Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan «Ərəb Nobeli»nin laureatı olub

Rəcəb Tayyib Ərdoğan «Ərəb Nobeli»nin laureatı olub
# 10 mart 2010 01:12 (UTC +04:00)
Bakı-APA. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının Kral Faysal Vəqfi tərəfindən verilən «Kral Faysal Beynəlxalq Mükafatı»na layiq görülüb.

APA-nın məlumatına görə, «Ərəb Nobeli» adlandırılan bu mükafata bu il 7 ölkədən 8 nəfər layiq görülüb.

«Ərəb Dili və Ədəbiyyatı» kateqoriyasında mükafata əlcəzairli professor Əbdürrahman əl Houari Harc-Saleh və livanlı professor Rəmzi Münir Baalbaki layiq görülüblər. «Tibb» kateqoriyasındakı mükafat alman professor Reinhold Ganz, kanadalı Jan Pyer Pelletye və Coan Martel- Pelleitye arasında bölüşdürülüb. «Elm» kateqoriyasındakı mükafata ABŞ-dan professor Enriko Bombieri və avstraliyalı Terens Çi-Şen Tao layiq görülüblər. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan «İslama xidmet» mükafatına sahib olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR