Bank Of Baku

İranda silahlı dəstənin üzvləri həbs edilib

İranda silahlı dəstənin üzvləri həbs edilib
# 23 mart 2010 12:31 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın Hörmuzqan əyalətində böyük bir silahlı dəstənin üzvləri əyalət polisi tərəfindən zərərləşdirilərək tutulub. APA-nın “İrna”ya istinadən verdiyi məlumata görə, bu barədə Hörmuzqan polis rəisinin müavini, polkovnik Abbas Xodadadzadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, polisin keçirdiyi əməliyyat nəticəsində Bəndərabbas şəhərində uzun müddətdir ki, basqınlarla məşğul olan, qətllər törədən və digər müxtəlif cinayətlərdə təqsirləndirilən silahlı dəstənin 6 üzvü ələ keçib. Onlardan çoxlu sayda müxtəlif silahlar, o cümlədən avtomat, tapança, əl qumbarası aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR