Bank Of Baku

İranda Urmiya gölünün qurudulmasına etiraz olaraq keçirilən aksiyada 40-a yaxın şəxs tutulub

İranda Urmiya gölünün qurudulmasına etiraz olaraq keçirilən aksiyada 40-a yaxın şəxs tutulub
# 03 aprel 2010 12:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranın Şərqi Azərbaycan Vilayətində yerləşən Urmiya gölünün qurudulmasına etiraz əlaməti olaraq ötən gün gölün ətrafında keçirilən etiraz aksiyasında 40-a yaxın şəxs tutulub. APA-nın İrandakı mənbələrə istinadən verdiyi məlumata görə, aksiya səhər saatlarından başlayaraq İran İslam Respublikasının Azərbaycan əyalətlərindən Urmiya gölünə yüzlərlə azərbaycanlı şəxsi avtomobilləri ilə yürüş etməsi ilə başlayıb. Aksiya iştirakçılarının məqsədi özləri ilə gətirdikləri suyu gölün quruyan hissələrinə tökmək olub. Lakin xüsusi təyinatlı polis bölmələri mitinqdə iştirak etmək istəyən azərbaycanlıların avtomobil karvanını saxlayıb, gölə yaxınlaşmaq niyyətlərinin qarşısını almağa çalışıblar. Ümumiyyətlə, təhlükəsizlik qüvvələri Urmiya gölünə tərəf bütün yolları nəzarətdə saxlayıblar.

Aksiya iştirakçılarının gölə yaxınlaşmaqda israrlı olduğunu görən polis onlardan 40-a yaxın şəxsi saxlayıb. Həmçinin azərbaycanlılarla polis arasında qarşıdurma yaranıb.

Aksiya iştirakçılarının əksəriyyəti isə Urmiya gölünün yaxınlığında olan körpünün üzərində tutulublar.

Bundan sonra aksiya iştirakçıları “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Türk dilində mədrəsə!” kimi şüarlar səsləndiriblər. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə etməklə aksiyanı dağıdıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR