Bank Of Baku

İranın Şiraz və Zərrindəşt şəhərlərində 1 tondan çox narkotik maddə aşkar edilərək götürülüb

İranın Şiraz və Zərrindəşt şəhərlərində 1 tondan çox narkotik maddə aşkar edilərək götürülüb
# 27 aprel 2010 14:06 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran polisi son sutka ərzində Fars əyalətində, Şiraz və Zərrindəşt şəhərlərində narkotik qaçaqmalçılarından 1 tondan artıq tiryək və heroin aşkar edərək götürüb. APA-nın “İRİBNEWS”a istinadən verdiyi məlumata görə, bu barədə Fars əyalətinin Narkotiklərlə mübarizə idarəsinin rəisi, polkovnik Məhəmməd İsmaili açıqlama verib. O bildirib ki, polis narkotik satışı ilə məşğul olan dəstəni aşkar edərək əməliyyata başlayıb. Əməliyyat zamanı 12 nəfər saxlanılıb. Bu dəstə narkotik maddələri gizli yolla ölkəyə daxil edərək münasib vaxtda ölkənin digər əyalətlərinə göndərirmiş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR