Bank Of Baku

Azərbaycanla Qəmər Adaları İttifaqı arasında münasibətlər müzakirə olunub

Azərbaycanla Qəmər Adaları İttifaqı arasında münasibətlər müzakirə olunub
# 19 iyun 2026 15:18 (UTC +04:00)

19 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qəmər Adaları İttifaqının maliyyə, büdcə və bank sektoru naziri cənab Moussa Abderemane ilə görüş keçirib.

XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Qəmər Adaları İttifaqı arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər xüsusilə beynəlxalq təşkilatlar və platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycanın beynəlxalq təşkilatlar daxilində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda fəal rolu vurğulanaraq, qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti qeyd edilib. Xüsusilə, 2027-ci ildə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.

Tərəflər həmçinin Cənub-Cənub əməkdaşlığı çərçivəsində inkişaf edən əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər. Azərbaycanın bu platforma daxilində az inkişaf etmiş ölkələr ilə əməkdaşlığın təşviqi istiqamətində səyləri yüksək qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR