Bank Of Baku

İran və Türkiyənin XİN rəhbərləri Ankarada görüşəcəklər

İran və Türkiyənin XİN rəhbərləri Ankarada görüşəcəklər
# 07 may 2010 03:29 (UTC +04:00)
Bakı-APA. ABŞ-da keçirilən Nüvə Silahların Yayılmasının Önlənməsi ilə bağlı konfransda iştirak edən İran xarici işlər naziri Manuçöhr Mottaki bu gün Türkiyəyə səfər edəcək. Bu barədə APA www.cnnturk.com saytına istinadən xəbər verir.

İRNA agentliyinin diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, bu gün günortadan sonra Ankaraya gələcək Mottaki bir günlük səfər çərçivəsində Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Əhməd Davutoğlu ilə bir araya gələcək.

Nazirlər ikitərəfli və regional mövzular üzərində fikir mübadiləsi aparacaqlar.

Bundan əlavə, bazar günü İran parlamentinin sədri Əli Laricaninin də bir qrup millət vəkili ilə birlikdə Ankaraya səfər edəcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR