Bank Of Baku

İran Kandil dağında PKK düşərgələrini bombalayıb, 9 terrorçu öldürülüb

İran Kandil dağında PKK düşərgələrini bombalayıb, 9 terrorçu öldürülüb
# 17 may 2010 07:34 (UTC +04:00)
Tehran-APA. İran təhlükəsizlik qüvvələrinin PKK terror təşkilatına qarşı keçirdiyi əməliyyat zamanı 9 terrorçu öldürülüb. APA-nın məlumatına görə, əməliyyatda sağ ələ keçirilən 5 terrorçu isə edam cəzasına məhkum edilib. Əməliyyat Kirmanşah, Daholo, Bane, Merivan və Piranşəhərdə gerçəkləşdirilib. Öldürülən terrorçular arasında PKK/PEJAK-ın bölgə liderlərindən “Çiya” ləqəbli Bəhmən Mürtəzayi də var.

Xatırladaq ki, son bir il ərzində İranda edam olunan PKK terrorçularının sayı 25-ə çatıb. İran hərbi aviasiyası dünən həmçinin Kandil dağında PKK terror təşkilatının düşərgələrinin bombalayıb. Bombardmanlar zamanı çoxlu sayda terrorçunun öldürüldüyü güman edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR