Bank Of Baku

Merz: Ukrayna müharibə vəziyyətində olduğu müddətdə Aİ üzvü ola bilməz

Almaniya Kansleri Fridrix Merz

© APA | Almaniya Kansleri Fridrix Merz

# 19 iyun 2026 22:46 (UTC +04:00)

Almaniya Kansleri Fridrix Merz bildirib ki, Ukrayna müharibə vəziyyətində olduğu müddətdə Avropa İttifaqına üzv qəbul edilə bilməz.

APA xəbər verir ki, o, bu barədə Aİ sammitinin yekunlarına dair brifinqdə danışıb.

“Müharibə vəziyyətində olan Ukrayna kimi bir ölkə Avropa İttifaqının üzvü ola bilməz”, – deyə Merz bildirib.

Bununla yanaşı, kansler hesab edir ki, Ukrayna əvvəlcə Aİ-nin assosiativ üzvü ola, daha sonra isə tamhüquqlu üzvlük əldə edə bilər.

“Bu, Avropa müqavilələrinin dəyişdirilməsini tələb etməz”, – deyə Almaniya hökumətinin başçısı əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR