Bank Of Baku

İKT-də fövqəladə hallarda humanitar yardım məqsədilə xüsusi komitənin yaradılacağı gözlənilir

İKT-də fövqəladə hallarda humanitar yardım məqsədilə xüsusi komitənin yaradılacağı gözlənilir
# 17 may 2010 14:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Tacikistan prezidenti İmaməli Rahmon Düşənbədə səfərdə olan İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu ilə görüşüb. APA-nın Tacikistan mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər İKT-nin dünyada nüfuzunun yüksəldilməsi, 10 illik fəaliyyət proqramının həyata keçirilməsi, İKT-nın yeni Nizamnaməsi, İslam Həmrəyliyi Fondunun fəaliyyəti və təşkilat çərçivəsində fövqəladə hallar zamanı humanitar yardım etmək məqsədilə xüsusi komitənin yaradılması məsələlərini müzakirə ediblər.
İ. Rahmon baş katibin diqqətini təşkilatın yeni təhlükə və çağırışlar, terrorçuluq, ekstremizm, separatçılıq və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə İKT-yə üzv ölkələrin əlaqələndirilməsi və əməkdaşlığının vacibliyinə diqqət çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR