Bank Of Baku

Hindistanda avtobus partladılıb, ən azı 40 nəfər həlak olub

Hindistanda avtobus partladılıb, ən azı 40 nəfər həlak olub
# 17 may 2010 16:51 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, içərisində an az 20 polis və 20 dinc sakinin olduğu avtobus maoçu silahlıların quraşdırdıqları minaya düşərək partlayıb. Yerli polisin məlumatına görə, ölənlərin sayı 60-a çata bilər. Hazırda hadisənin əlavə təfərrüatları öyrənilir.

Qeyd edək ki, son vaxtlar maoçu silahlıların terror aktları törətməsi halları artıb. Bu qrupun üzvü olan silahlılar fermerlər tərəfindən sıxışdırılan yerli sakinlərin müdafiəsi məqsədilə ötən əsrin 60-cı illərindən bu addımları atmağa başlayıblar. Onlar hökumətlə mübarizədə terror metodlarından istifadə edirlər ki, bundan da polisə yanaşı, dinc sakinlərdə də ziyan çəkir.

Belə ki, bu ilin aprelində silahlılar pusqudan polis patruluna hücum edərək, 76 nəfəri qətlə yetiriblər. Bir neçə gün ərzində isə polisə casusluqda günahlandırdıqları 6 kəndlini oğurlayıblar.

Hindistan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkənin 28 ştatından 20-də 20 minədək maoçu yaraqlı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR