Bank Of Baku

Komandor adaları rayonunda 2 zəlzələ baş verib

Komandor adaları rayonunda 2 zəlzələ baş verib
# 18 may 2010 01:55 (UTC +04:00)
Bakı-APA. Ötən gecə Sakit okeandakı Komandor adaları rayonunda 4,7 və 5,1 bal gücündə 2 zəlzələ baş verib.

4,7 bal gücündəki birinci zəlzələnin mərkəzi kimsəsiz Mednoye adasının cənub qurtaracağından 10 km şərqdə dənizin 33 km dərinliyində olub.

Birincidən 8 saat sonra 5,1 bal gücündə ikinci seysmik hadisə baş verib. Onun mərkəzi Komandordakı yeganə yaşayış məntəqəsi olan Berinq adasının Nikolskoye kəndindən 35 km cənub-qərbdə 45 km dərinlikdə olub.

Tələfat və dağıntı yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR