Bank Of Baku

Sellər Çində 101 nəfərin həyatına son qoyublar

Sellər Çində 101 nəfərin həyatına son qoyublar
# 18 may 2010 04:15 (UTC +04:00)
Bakı-APA. Çinin cənubunda şiddətli yağışların əmələ gətirdiyi sel 101 nəfərin həyatına son qoyub. Bu barədə yerli mətbuat orqanları xəbər verirlər.

«Yağışlar hələ 2010-cu il aprelin sonlarında başlayıb və bu günədək davam edirlər. Fəlakət ümumilikdə 15 mln. nəfərdən artıq insana zərər vurub. İqtisadi ziyan 1,17 milyard dollar həcmində qiymətləndirilir», deyə məlumatda bildirilir.

Seldən ən çox Quandun, Futszyan, Xunan, Tszyansi, Xubey, Sıçuan, Quyçjou, Anxuey, Yunnan əyalətləri, Quansi-Çjuan muxtar rayonu və Çuntsin meqapolisi ziyan görüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR