Bank Of Baku

İranda üç azərbaycanlı milli fəal həbs olunub

İranda üç azərbaycanlı milli fəal həbs olunub
# 18 may 2010 14:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İranda 2006-cı il 22 may hadisələrinin ildönümü ilə bağlı azərbaycanlıların planlaşdırdıqları aksiyaların qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları həbslərə başlayıb. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ərdəbil vilayətinin Muğan (Parsabad) bölgəsində üç azərbaycanlı milli fəal Ramin Cabbari, Nadir Əzizi və Hafiz Sərdarpur saxlanılıb. Adıçəkilən azərbaycanlılar İran Təhlükəsizlik və İnformasiya Nazirliyinin (Ettelaat) yerli şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 17-də saxlanılıblar. Evlərində yoxlama aparılan azərbaycanlı fəallara məxsus kompüter, çox sayda kitablar və başqa şəxsi əşyalar müsadirə edilib.

Hazırda adıçəkilən azərbaycanlılar nazirliyin yerli şöbəsində saxlanılırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR