Bank Of Baku

İranda 9 ton narkotik maddə aşkarlanaraq müsadirə edilib

İranda 9 ton narkotik maddə aşkarlanaraq müsadirə edilib
# 18 may 2010 14:24 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın Hörmüzqan əyalətində polis 9 tondan artıq narkotik maddə aşkar edərək götürüb. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, Hörmüz əyalətinin meri Mənsur Dəşti bildirib ki, cari ayda narkotik qaçaqmalçılarından 9 tondan artıq insan həyatı üçün təhlükəli olan narkotik maddə aşkar edilərək götürülüb. Bununla yanaşı polis narkotik qaçaqmalçılığı ilə bağlı 12 qruplaşmanın 533 üzvünü həbs edib. M. Dəşti bundan əlavə şəhər daxilində kiçik miqdarda narkotik alveri ilə məşğul olan 200 nəfərin də həbs edildiyini deyib. Hörmüzqan polisi 81 ədəd narkotik daşıyan avtomobili də müsadirə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR