Bank Of Baku

Möhsün Haşimi: “Tehranda metro inşa edilən zaman müharibə amili də nəzərə alınıb”

Möhsün Haşimi: “Tehranda metro inşa edilən zaman müharibə amili də nəzərə alınıb”
# 19 may 2010 08:15 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “Tehranın bütün metro stansiyaları bombadan, zəlzələdən və nüvə silahından qorunmaq üçün təhlükəsiz sığınacaqdır”. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, bu sözləri İranın Tehran Dəmiryolu İdarəsinin rəisi Möhsün Haşimi deyib. O bildirib ki, Tehranda metro inşa edilən zaman bütün təbii amillər və müharibə şəraiti nəzərə alınıb. Onun sözlərinə görə, Tehranın metro stansiyaları ən güclü raket zərbələri zamanı belə zərər görməyəcək: “Əgər zəlzələ və digər hadisələr baş verərsə, Tehran metro stansiyaları insanların sığınacağı üçün ən təhlükəsiz və əlverişli yerdir. Burada insanların rahatlığı üçün hər şey nəzərdə tutulub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR