Bank Of Baku

Sel suları İranın Ərdəbil əyalətinə 138 milyon dollar ziyan vurub

Sel suları İranın Ərdəbil əyalətinə 138 milyon dollar ziyan vurub
# 20 may 2010 09:24 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Son aylarda baş verən daşqınlar İranın Ərdəbil əyalətinin şəhər və kəndlərinə ciddi ziyan vurub. APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, Ərdəbil əyalətinin anti-böhran idarəsinin rəhbəri Əli İslami indiyə qədər Ərdəbil əyalətində belə bir fəlakətin şahidi olmadıqlarını deyib. Sel suları və güclü soyuq nəticəsində əyalətin kənd təsərrüfatına, eləcə də yaşayış evlərinə dəymiş maddi ziyanın məbləği 138 milyon dollardan artıqdır.

Ə. İslami əsasən Meşkin, Xalxal, Parsabad, Ərdəbil və Kövsər şəhərlərinə zərər dəydiyini deyib. O, əhaliyə dəymiş ziyanın dövlət sığorta şirkəti tərəfindən ödəniləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR