Bank Of Baku

İranda narkotik qaçaqmalçısı edam olunub

İranda narkotik qaçaqmalçısı edam olunub
# 20 may 2010 14:38 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Bu gün İranın Əhvaz şəhərində narkotik qaçaqmalçısı xalqın gözü qarşısında edam edilib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məhkum İranın Xozestan əyalətnin Əhvaz şəhərinin küçələrindən birində dar ağacına asılıb. Qaçaqmalçı əsasən ölkədə heroin satışı ilə məşğul imiş. Məlumatda bildirilir ki, edam olunan şəxs küllü miqdarda narkotik maddənin alışı və satışı ilə məşğul olduğu üçün məhkəmə onun xalqın gözü qarşısında edam olunmasına qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR