Bank Of Baku

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi: “İran heç vaxt uranın zənginləşdirilməsini durdurmayacaq”

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi: “İran heç vaxt uranın zənginləşdirilməsini durdurmayacaq”
# 21 may 2010 15:55 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Tehran Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının İrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb etməsini doğru saymır. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əsğər Sultaniyyə deyib. O bildirib ki, Qərb ölkələri və ABŞ İranı atom silahı yaratmaqda ittiham edir, amma beynəlxalq qanunlarda nüvə silahının yayılması və ya nüvə proqramının dayandırılması haqda heç bir söz yoxdur: “Mən Birləşmiş Millətlər Təşkilatını İran haqda səhv qərarlar verməkdən çəkinməyə çağırıram. İran əleyhinə olan bütün ittihamlar əsassızdır. İran yalnız dinc məqsədlər üçün çalışır. İrana təziq göstərmək də əbəs və boşdur. Bunun heç bir nəticəsi olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR