Bank Of Baku

İraqda partlayış baş verib: 22 nəfər həlak olub

İraqda partlayış baş verib: 22 nəfər həlak olub
# 22 may 2010 00:49 (UTC +04:00)
Bakı-APA. İraqın şərqində Diyalə əyalətində minalanmış avtomobilin partlaması nəticəsində 22 nəfər həlak olub, 53 nəfər isə yaralanıb. Partlayıcı ilə dolu maşın Əl-Halis şəhərinin bazarında havaya sovrulub. Bu şəhər Bağdaddan 80 km şimalda yerləşir.

Sözügedən partlayış Diyalə əyalətində gün ərzində baş vermiş ikinci terror aktı olub. Əyalətin inzibati mərkəzi olan Baakubə şəhərində yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində bir nəfər həlak olub, 3 nəfər isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR