Bank Of Baku

Toyotanın 270 min avtomobilində nöqsan var

Toyotanın 270 min avtomobilində nöqsan var
# 01 iyul 2010 17:50 (UTC +04:00)
Bakı-APA. Yaponiyanın Toyota avtomobil şirkət dünya üzrə satdığı 270 min avtomobilinin mühərriklərində potensial nöqsanların olması haqda xəbərdarlıq edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bunların içində lüks növünə aid olan Lexus maşınları da var.

Şirkətin rəhbərliyində deyirlər ki, mühərriklər maşın gedərkən sönə bilər. Lakin hələ ki, bu maşınların geri çağırılması barədə heç bir müraciət edilməyib.

Ötən ilin sentyabrından bəri Toyota 10 milyondan çox avtomobili geri çağırmalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR