Niderland ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azaltmaq planları fonunda NATO-nun müdafiə imkanlarını gücləndirmək üçün MQ-9 Reaper pilotsuz uçuş aparatlarından istifadə etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə Niderlandın baş nazirinin müavini və müdafiə naziri Dilan Yeşilgöz-Zegerius məlumat yayıb.
“Nazirlər Kabineti ilə birlikdə MQ-9 Reaper sistemləri vasitəsilə alyansımızın mövqelərinin və müdafiəsinin gücləndirilməsinə töhfə verəcəyik”, – deyə o bildirib.
Nazir əlavə təfərrüat açıqlamayıb.
Yeşilgöz qeyd edib ki, NATO ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən son görüşündə ABŞ-ın Avropadakı hərbi iştirakının getdikcə daha aydın görünən şəkildə azalmasına cavab tədbirləri müzakirə olunub.
Onun sözlərinə görə, NATO rəhbərliyi üzv dövlətləri kollektiv müdafiəyə töhfələrini artırmağa çağırıb.