Bank Of Baku

Əfqanıstanda Taliban yaraqlıları ABŞ Yardım Təşkilatına hücum ediblər

Əfqanıstanda Taliban yaraqlıları  ABŞ Yardım Təşkilatına hücum ediblər
# 03 iyul 2010 22:20 (UTC +04:00)
Bakı-APA Taliban kamikadzeləri şimali Əfqanıstanda ABŞ Yardım Təşkilatına hücum zamanı, üç xarici vətəndaş daxil olmaqla azı beş nəfəri qətlə yetirib və 20 nəfəri yaralayıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, şimali Kunduz vilayətinin rəsmiləri deyib ki, kamikadzelərdən biri öz avtomobilini giriş yaxınlığında partladaraq başqa beş intizarçının binaya daxil olması üçün şərait yaradıb. Bir əfqan polis zabiti və əfqan təhlükəsizlik mühafizəçisi hadisənin qurbanı olub. Hadisə zamanı üç xarici işçi də həlak olub. Onlardan biri Alman, biri Britaniyalı və digəri filippinlidir. Azı 24 nəfər yaralanıb. NATO rəsmisi deyib ki, Əfqan və beynəlxalq qüvvələr rayon üzrə Taliban liderini dörd saatlıq atışmadan sonra Cənubi Əfqanıstanda yaxalayıblar. Helmand vilayətinin uzaq Bağran rayonunda əməliyyat zamanı Nov Zad rayonunun Taliban rəhbəri həbs edilib və başqa yaraqlılar öldürülüb. Əfqan prezidenti Həmid Karzay təcavüzü pisləyib və deyib ki, bu Əfqanıstanda yenidən qurma işlərinə əngəl olmaq istəyənlərin əməlidir. Talibanın hadisəyə məsuliyyəti öz üzərinə götürmə xəbəri General David Petrausun Əfqanıstanda təxminən 140 000 ABŞ və NATO qüvvələrinə başçılığı öz üzərinə götürmək üçün Kabula gəlməsinə təsadüf edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR