Bank Of Baku

İsrail yardım gəmiləri ilə bağlı yekun qərar qəbul etməyib

İsrail yardım gəmiləri ilə bağlı yekun qərar qəbul etməyib
# 08 iyul 2010 02:38 (UTC +04:00)
Bakı-APA. İsrail xarici işlər nazirliyinin nümayəndəsi İqal Palmor limanlarında saxladıqları Qəzzaya yardım gəmiləriylə bağlı bir qərarın olmadığını bildirib.

Palmor müvafiq istintaqın başa çatmasına qədər İsrailin bu gəmiləri özündə saxlayacağı barədə xəbərləri də təkzib edib.

Xatırladaq ki, mayın 31-i İsrail Qəzzaya yardım daşıyan gəmilərə müdaxilə etmişdi. «Mavi Mərmərə» gəmisində baş vermiş insident nəticəsində 9 türk həlak olmuş, gəmilər isə İsrailin Aşdod limanına aparılmışdı. Gəmi heyəti sərbəst buraxılsa da, gəmilər hələ də İsraildədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR