Bank Of Baku

Çinin Syaşoan hava limanında “uçan boşqab” peyda olub, bütün uçuşlar bir saat müddətinə dayandırılıb

Çinin Syaşoan hava limanında “uçan boşqab” peyda olub, bütün uçuşlar bir saat müddətinə dayandırılıb
# 08 iyul 2010 07:58 (UTC +04:00)
Dispetçer məntəqəsi “uçan boşqab”la toqquşma təhlükəsini aradan qaldırmaq üçün uçuş xəttinə enməyə hazırlaşan təyyarələri başqa aeroportlara yönəldiblər. Uçuşların ləğv olunmasının səbəbi açıqlandıqdan aeroport işçiləri və sərnişinlər binanı tərk edərək “uçan boşqab”a tamaşa etmək istəyiblər. Lakin naməlum uçan obyekti gözlə görmək mümkün olmayıb. Aeroportun təmsilçisi jurnalistlərə bildirib ki, “uçan boşqab”ı yalnız xüsusi cihazların köməyi ilə görmək mümkündür. Bir saat sonra hava limanında normal iş rejimi bərpa olunub. Xatırladaq ki, bundan əvvəl dünyanın müxtəlif hava limanlarında “uçan boşqablar”ln peyda olmasına dair faktlar qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR