Bank Of Baku

İran dövlət sərhədlərini möhkəmlətmək üçün büdcədən 1,6 milyon dollar pul ayırıb

İran dövlət sərhədlərini möhkəmlətmək üçün büdcədən 1,6 milyon dollar pul ayırıb
# 08 iyul 2010 08:42 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İran sərhədləri möhkəmlətmək üçün büdcədən 1.6 milyon dollar pul ayırıb. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, bu barədə İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar deyib. O bildirib ki, ölkənin şimal-qərb, qərb, cənub-şərq və şərq sərhədlərini möhkəmləndirmək barədə iş planı var: “Ölkənin su və quru sərhədləri 8 min klometr təşkil edir və bu sərhədlərdə təhlükəsizliyi təmin etmək bizim əsas vəzifəmizdir. Narkotik qaçaqmalçıları və eləcə də qeyri-qanuni yolla ölkəyə gətirilən mallar sərhədlərin təhlükəsizliyini sual altına alır və problemlər yaradır”. Nazir diqqəti əsasən ölkənin şərq sərhədlərinə yönəldərək bu sərhədlərin möhkəmlənməsinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR