Bank Of Baku

Təbrizdə 26 yaşlı Elnaz Babazadə “Bəsic” üzvləri tərəfindən zorlanaraq öldürülüb – FOTO

Təbrizdə 26 yaşlı Elnaz Babazadə “Bəsic” üzvləri tərəfindən zorlanaraq öldürülüb – <font color=red>FOTO  </font>
# 13 iyul 2010 12:01 (UTC +04:00)
Bu barədə İrandakı müxaliflər Twitter vasitəsilə xəbər yayıblar. APA-nın “Hürriyet” qəzetinin xəbər portalına istinadən verdiyi məlumata görə, 26 yaşlı Elnaz Babazadənin geyim tərzini bəyənməyən “Bəsic” üzvləri onun idarə etdiyi avtomobili saxlayıblar. Onlar Elnazın etirazlarından sonra onu döyməyə başlayıblar. Daha sonra gənc qızı zorlayan 2 “Bəsic” könüllüsü E. Babazadəni öldürdükdən sonra onu cəsədini Təbrizdəki Emamieh məzarlığını atıb.

Polis cəsədi məzarlıqdan tapıb. Lakin qətlin “bəsicilər” tərəfindən törədildiyini öyrənən polis cinayəti ört-basdır etmək istəyib. Elnazı zorlayaraq öldürənlərdən birinin İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabitinin oğlu olduğu bildirilir. E. Babazadənin ailəsi isə hadisənin gizlədilməsini və cinayətkarların cəzasız qalmasını əngəlləməyə çalışır. Ailə bu məqsədlə rəsmi orqanlara şikayət edib.

Qeyd edək ki, könüllülərdən ibarət yarımhərbi “Bəsic” təşkilatı (Nirouye Mokavemat-i Bəsic) ayətullah Xomeyni tərəfəindən 1979-cu ildə yaradılıb. Nəzəri cəhətdən ali dini liderə və İslam İnqilabı Keşikçiləri Korpusuna tabe olsa da, əslində yerli hakimiyyətlərin nəzarətində fəaliyyət göstərir. Bir çox gənc iranlı cəmiyyətdə mövqe qazanmaq üçün “Bəsic”i bir vasitə kimi görür. “Bəsic” müxtəlif sosial yardım aksiyaları, dini mərasimlər təşkil edir və cəmiyyətdə mənəvi dəyərlərin, eləcə də siyasi quruluşun müdafiəsi funksiyasını həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR