Bank Of Baku

Çinin şərqində sel fəlakəti nəticəsində azı 107 nəfər ölüb, 59 nəfər itkin düşüb, milyonlarla insan evsiz qalıb

Çinin şərqində sel fəlakəti nəticəsində azı 107 nəfər ölüb, 59 nəfər itkin düşüb, milyonlarla insan evsiz qalıb
# 14 iyul 2010 07:31 (UTC +04:00)
Bakı – APA. Çinin şərqindəki Anxoy əyalətində aramsız yağan leysan yağışları nəticəsində yaranan sel çoxlu sayda insanın ölümünə və dağıntılara səbəb olub. APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, Çinin Mülki Əhalinin İşləri üzrə Nazirliyi azı 107 nəfərin öldüyünü, 59 nəfərin itkin düşdüyünü, milyonlarla insanın evsiz qaldığını açıqlayıb. Seldən ümumilikdə 29 milyona yaxın adam zərər çəkib, 997 min nəfər fəlakət zonasından evakuasiya edilib. Dəyən zərərin məbləği 2 milyard 89 milyon dollardır.
Sinoptiklər leysan yağışlarının davam edəcəyini proqnozlaşdırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR