Bank Of Baku

Hindistanda kütləvi zəhərlənmə baş verib

Hindistanda kütləvi zəhərlənmə baş verib
# 14 iyul 2010 07:43 (UTC +04:00)
Dehli-APA. Hindistanın Mumbai şəhərində kütləvi zəhərlənmə baş verib. APA-nın məlumatına görə, ən azı 50 nəfər xlor zəhərlənməsi ilə xəstəxanalara gətirilib. Zəhərlənənlərin əksəriyyəti zəhərli qaz saxlanan anbarın yaxınlığındakı kollecin tələbələridir. Ürək bulanma, təngnəfəslik, sancılardan əziyyət çəkən tələbələrə tibbi yardım göstərilib, həkimlər onların həyatı üçün təhlükə olmadığını bildirir. Ümumilikdə zəhərli qaz saxlanan anbarın yaxınlığındakı evlərdən 400-ə yaxın adam evakuasiya edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR