Bank Of Baku

Oğurlanaraq ABŞ-a aparılan iranlı nüvə enerjisi mütəxəssisi artıq ölkəsinə yola salınıb

Oğurlanaraq ABŞ-a aparılan iranlı nüvə enerjisi mütəxəssisi artıq ölkəsinə yola salınıb
# 14 iyul 2010 08:21 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Səudiyyə Ərəbistanda Ümrə ziyarəti zamanı oğurlanıb ABŞ-a aparılan İranın nüvə enerjisi üzrə mütəxəssisi Şəhram Əmiri Pakistanın Vaşinqtondakı səfirliyinin köməyilə artıq İrana yola salınıb. APA-nın “İRNA” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst məlumat verib. O bildirib ki Şəhram Əmirinin səhhətində heç bir problem yoxdur. Ş Əmiri Pakistanın Vaşinqtondakı səfirliyinin, eləcə də İran dövlətinin səyi nəticəsində ABŞ-n ərazisindən çıxarılıb: “Biz Şəhram Əmirinin oğurlanmasının səbəblərini bundan sonra da hüquqi və diplomatik səviyyədə araşdıracağıq”.

Qeyd edək ki, İranın nüvə enerjisi mütəxəssisi Şəhram Əmiri 2009-cu ilin iyul ayında Səudiyyə Ərəbistanında Ümrə ziyarətində olarkən oğurlanıb və oradan ABŞ-a aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR