Bank Of Baku

ABŞ Tariq Əzizi İraqa təhvil verib

ABŞ Tariq Əzizi İraqa təhvil verib
# 14 iyul 2010 16:06 (UTC +04:00)
APA-nın “Associated Press” agentliyinə istinadən yaydığı məlumata görə, təhvil-təslim iyulun 13-də gecə həyata keçirilib. T. Əzizlə birlikdə vaxtilə Sədam Hüseynə yaxın olmuş daha 54 nəfər təhvil verilib.

Qeyd edək ki, 74 yaşlı T. Əziz 2003-cü ilin aprelində ABŞ əsgərlərinə təslim olub. O, 1983-cü ildən 1991-ci ilə qədər xarici işlər naziri, daha sonra baş nazirin müavini vəzifəsini tutub. İraqda həm prezident, həm də baş nazir Səddam Hüseyn olduğundan T. Əziz faktiki hökumət başçısı sayılırdı. 2009-cu ildə İraq məhkəməsi ölkənin şimalındakı kürd əhalisinin qovulmasında iştirakına görə T. Əzizi 7 il azadlıqdan məhrum edib. T. Əziz bu ilin yanvarında insult keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR