Bank Of Baku

ABŞ-a qaçırılan iranlı nüvə enerjisi mütəxəssisi: “Amerikada mənə işgəncə verdilər”

ABŞ-a qaçırılan iranlı nüvə enerjisi mütəxəssisi: “Amerikada mənə işgəncə verdilər”
# 15 iyul 2010 08:12 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Səudiyyə Ərəbistanında Ümrə ziyarəti zamanı oğurlanaraq ABŞ-a aparılan iranlı nüvə enerjisi mütəxəssisi Şəhram Əmiri orada işgəncələrə məruz qaldığını deyib. APA-nın “FARS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Şəhram Əmiri Səudiyyə Ərəbistanından ABŞ-a hərbi təyyarə ilə aparıldığını bildirib: “14 ay ərzində ABŞ təhlükəsizlik orqanları mənə müxtəlif işgəncələr verib, məni ölkəmin əleyhinə danışmağa məcbur ediblər. Mən bu gün vətənimə və ailəmin yanına qayıtdığım üçün xoşbəxtəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR