Bank Of Baku

İranda 520 kiloqram narkotik aşkar edilərək götürülüb

İranda 520 kiloqram narkotik aşkar edilərək götürülüb
# 15 iyul 2010 12:02 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Sistan və Bəlucistan vilayətində narkotik qaçaqmalçılarından külli miqdarda narkotik maddə və silah aşkar edilərək götürülüb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu Sistan və Bəlucistan vilayətinin polis rəisi Qulaməli Nikuyi açıqlayıb. O bildirib ki, vilayətin Xaş şəhərində narkotik qaçaqmalçılarının olduğu barədə məlumat alındıqdan sonra polis dərhal əməliyyata başlayıb. Qaçaqmalçılarla polis arasında bir neçə saat qarşıdurmadan sonra qaçaqmalçılar qaçıblar. Polis ərazini nəzarətə götürərək 520 kiloqram narkotik vasitə və 1 “Kalaşnikov” avtomatı aşkar edərək götürüb. Hazırda qaçaqmalçıların axtarışı davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR