Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində əqdlər bağlanılmayıb

Bu gün BBVB-nin valyuta bölməsində əqdlər bağlanılmayıb
# 15 iyul 2010 15:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə USD/AZN ortaölçülü məzənnəsi 0,8037 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata əsasən, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8037 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi isə dollara nisbətən dəyişməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb, manatın orta məzənnəsi isə dollara nisbətən 0,8037 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə əqdlər qeydə alınmayıb.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,43%, ABŞ dolları üzrə isə illik 15,44% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR